Xəbərlər

Mübariz Qurbanlı: “Putinin Azərbaycana gözlənilən səfərinin prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur”
05 avqust, 2013 21:50

Rusiya ilə Azərbaycan arasında əlaqələr həmişə intensiv xarakter daşıyıb.

Biz böyük qonşumuz olan Rusiya ilə münasibətlərə xüsusi diqqət yetiririk.

ERtv xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Rusiya da öz növbəsində hər zaman Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verib.

YAP rəsmisi deyib ki, ümumiyyətlə, Cənubi Qafqazda Rusiyanın ən böyük əhəmiyyət verdiyi ölkə Azərbaycandır.

M.Qurbanlının qeyd etdiyinə görə, Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur:

“Zaman-zaman da bu iki ölkənin  dövlət, hökumət rəhbərləri, eləcə də digər yüksək vəzifəli dövlət rəsmiləri səviyyəsində müxtəlif məsələləri müzakirə etmək üçün görüşlər keçirilir” - deyən millət vəkili eyni zamanda bildirib ki, Rusiya prezidentinin Azərbaycana gözlənilən növbəti səfərində də dövlətlər, hökumətlərarası münasibətlərin mövcud durumu, ötən müddət ərzində imzalanmış sənədlərin icra vəziyyəti və digər məsələlər müzakirə ediləcək və bu baxımdan, indi  məlum səfəri qarşıdan gələn  seçkilərə bağlamaq düz deyil.

“Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyev də mütəmadi olaraq müxtəlif  dövlət başçıları, rəsmiləri  ilə görüşür, onları qəbul edir, özü xarici ölkələrə rəsmi  səfərlər edir, orada  görüşlər keçirir, müzakirələr aparır.

Eyni zamanda, o da məlumdur ki, istənilən səfərin vaxtı, qrafiki əvvəlcədən müəyyənləşdirilir. Yəni, dünyanın heç bir yerində də bu cür səfərləri hər hansı seçkiyə bağlamırlar”.

YAP rəsmisinin daha sonra bildirdiyinə görə, bu gün müxalifət, xüsusilə, radikal cinah həddindən artıq çıxılmaz bir duruma düşüb:

“Odur ki, onlar öz vəziyyətlərini ört-basdır etmək üçün bu cür əsasız məlumatları,  şayiələri dövriyyə buraxırlar. Ancaq bunların heç biri alınan deyil”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.