Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, proqrama əsasən, tədbirin ikinci günündə – avqustun 3-də məktəbin iştirakçıları Delfi şəhərinə gəlmişlər.
Qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən arxeoloji muzeydə olmuşlar. İştirakçılara muzeyin tarixi və eksponatlar barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzey 13 zaldan ibarətdir və burada 1500-dən artıq eksponat nümayiş olunur. Eramızdan əvvəl VI əsrdən indiyədək qorunan mədəniyyət nümunələrini seyr edən azərbaycanlı qonaqlar muzeydən xoş təəssüratlarla ayrılmışlar.
Delfidə açıq səma altında fəaliyyət göstərən tarixi qoruğu ziyarət böyük maraq doğurmuşdur. Azərbaycanlı qonaqlar burada qədim afinalıların istifadə etdikləri xəzinə və qədim yunanların allahı olan Zevsin məbədinin dövrümüzədək gəlib çatan qalıqları ilə tanış olmuşlar.
Sonda qonaqlar ilk Olimpiya Oyunlarının keçirildiyi stadionda olmuşlar. Onlara bu mötəbər yarışın tarixi barədə məlumat verilmişdir.
Yay Olimpiya Məktəbinin açılış mərasimi iyulun 4-də Qədim Olimpiya şəhərində keçiriləcəkdir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı