Xəbərlər

İranın yeni prezidentinin rəsmi andiçmə mərasimi başlayıb
04 avqust, 2013 17:17

Bu gün 16:00 (yerli vaxtla) Tehranda İranın yeni prezidenti Həsən Ruhaninin rəsmi andiçmə mərasimi başlayıb.

ERtv Trend-ə istinadən xəbər verir ki, İranın dövlət himninin səsləndirilməsilə başlayan mərasim 90 dəqiqə davam edəcək.

İran İslam Respublikasının himnindən sonra Quran oxunub.

Andiçmə mərasimində bir çox ölkələrin çoxsaylı nümayəndələri iştirak edir.

Nümayəndə heyətlərinə prezidentlər, baş nazirlər, vitse-prezidentlər və parlament sədrləri daxildir.

İlk dəfədir ki, İran prezidentinin andiçmə mərasiminə xarici vəzifəli şəxslər dəvət edilir.

Andiçmə mərasimində Pakistan, Əfqanıstan, Türkmənistan, Livan, Ermənistan, Qazaxıstan və digər ölkələrin liderləri iştirak edir.

Həmçinin, mərasimdə AB-nin xarici siyasət rəhbəri Haviyer Solana, Braziliyanın xarici işlər naziri Antonio Patriota, Çin mədəniyyət naziri Wu Cai və Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov iştirak edir.

Bununla yanaşı, iştirakçılar arasında Tanzaniyanın vitse-prezidenti, Komor adalarının vitse-prezidenti, Kubanın vitse-prezidenti, Nikaraquanın vitse-prezidenti, Qvineya-Bissaunun xarici işlər naziri və Sierra-Leoneni xarici işlər naziri var.

Mərasimdə iştirak edən İran rəsmilərinin sırasında isə Qulam-Hüseyn Məhəmmədi Golpayegani, Ayətullah Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Rza Mahdavi Kani, Ayətullah Əhməd Jannati, həmçinin, Nəzarət Şurasının digər üzvləri var.

Mərasimdə İran parlamentinin sədri Əli Laricaninin çıxış edib.

Laricani andiçmə mərasimində iştirak üçün İrana gəlmiş qonaqlara təşəkkür edib.

O, İranın yeni prezidentinin andiçmə mərasinin əhəmiyyətini diqqətə çatdırıb və ölkə tarixində parlamentin vacibliyini qeyd edib.

Laricani həmçinin, İslam dünyasının problemləri haqqında danışıb.

Parlamentin spikeri prezident Ruhaniyə uğurlar arzulayıb və parlamentin ölkənin yeni administrasiyası ilə problemlərin həlli üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Sonra İranın məhkəmə sisteminin rəhbəri Sadeq Laricani çıxış edib.

O, bildirib ki, andiçmə mərasiminin mətninə Həsən Ruhani ifadəsi əlavə edilməlidir və buna yeni prezident və digər vəzifəli şəxslər də diqqət yetirməlidir.

Çıxışlardan sonra İran Konstitusiyasının 121-ci maddəsinə əsasən İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimi başlayıb.

Qeyd edək ki, Həsən Ruhani 14 iyun 2013-cü il tarixində İranda keçirilmiş prezident seçkilərində ümumi səslərin 50 faizdən çoxunu toplayaraq qələbə qazanıb.

Ölkənin yeni prezidenti Həsən Ruhani avqustun 3-də onu rəsmi olaraq, dörd il müddətinə təsdiq edən İran İslam İnqilabının lideri Ayətullah Seyyid Əli Xameneyi ilə görüşüb.

Xatırladaq ki, Ruhani son prezident seçkilərində Məhəmməd Rza Aref, Məhəmməd Bagher Qalibaf, Mohsen Rezai, Qulam Əli Haddad-Adel, Səid Cəlili, Əli Əkbər Velayati və Seyyid Məhəmməd Garazi ilə birgə iştirak edib.

Ruhani mülayim siyasət yürüdəcəyini, Qərbin sanksiyalarının aradan qaldırılması istiqamətində çalışacağını bildirib.

O, 14 iyun seçkilərini demokratiyanın böyük qələbəsi kimi təsvir edib və ictimai fəallığı yüksək qiymətləndirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.