Xəbərlər

Türkiyə Ali Hərbi Şurası Silahlı Qüvvələrin bütün növ qoşunlarına yeni komandanlar təyin edib
04 avqust, 2013 17:15

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş nazir Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə 3 gün davam edən Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb.

ERtv APA-ya istinadən xəbər verir ki, toplantının yekunlarına əsasən, Silahlı Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Jandarma Qüvvələrinə yeni komandanlar təyin olunub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin bu vəzifədə səlahiyyətləri 2015-ci ilədək uzadılıb.  

Quru Qoşunları komandanı təyin olunmuş general Hulusi Akar Necdət Özəli Baş Qərargah rəisi vəzifəsində əvəz edəcəyi ehtimal olunur.

Ali Hərbi Şurasının gözlənilməz qərarı Jandarma Qüvvələrinin baş komandanı Bəkir Kalyoncunun istefaya göndərilməsi olub. Quru Qoşunları komandanı vəzifəsinə məhz Bəkir Kalyoncu ən real namizəd sayılırdı. “Zaman” qəzeti ehtimal edir ki, Şuranın bu cür qərar verməsinə səbəb Kalyoncunun Ankaranın irəli sürdüyü kürd məsələsinin sülh yolu ilə nizamlanması prosesinə tənqidi yanaşması olub.

Bundan başqa Ali Hərbi Şurasının keçirdiyi toplantının yekunlarına görə, 34 general və admiralın vəzifəsi artırılıb, 50 polkovnik isə general rütbəsinə qaldırılıb.   

Qeyd edək ki, Türkiyənin baş nazirinin rəhbərliyi ilə Ali Hərbi Şurasının (YAŞ) toplantısı ildə 2 dəfə keçirilir.

Ekspertlər orduda geniş kadr dəyişikliyini kürd məsələsi və Türkiyə-Suriya sərhədində yaranmış vəziyyətlə əlaqələndirirlər.  Türkiyə mətbuatı Silahlı Qüvvələrdəki kadr dəyişikliyinin dövlət çevrilişi cəhdi ilə bağlı “Erqenekon” işi üzrə məhkəmənin yekun iclasının ərəfəsində həyata keçirildiyini xüsusi vurğulayır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.