Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək
04 avqust, 2013 17:09
Cari ilin payızında Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcəkdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov jurnalistlərə açıqlamasında məlumat vermişdir.
O bildirmişdir ki, AZPROMO bu tədbiri ABŞ-da ixracın təşviqi ilə bağlı təşkilatlardan biri ilə birgə reallaşdıracaqdır.
Biznes forum 10-12 sahə, xüsusilə kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, bərpa olunan enerji, turizm və digər sahələri əhatə edəcəkdir.
R.Məmmədov vurğulamışdır ki, AZPROMO Azərbaycandan ABŞ-a qeyri-neft məhsullarının ixracatını artırmaq niyyətindədir. Elə bu məqsədlə ABŞ iş adamları Azərbaycana dəvət olunmuşlar.