Xəbərlər

Qəbələ Musiqi Festivalına qatılan musiqiçilər azərbaycanlıların qonaqpərvərliyinə heyran qalıb
03 avqust, 2013 18:06

İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı davam edir.

ERtv  xəbər verir ki, festivalın iştirakçısı “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin direktoru Robert Buşkov azərbaycanlıların qonaqpərvərliyinə heyran olduğunu deyib:

“Azərbaycan xalqının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir. Əminəm ki, növbəti illərdə Qəbələ festivalını izləmək üçün dünyanın hər yerindən daha çox turist bu ecazkar məkana axışacaq”.

Əcnəbi qonaq bildirib ki, festivalın ərsəyə gəlməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Bu incəsənət bayramında klassik Azərbaycan və Avropanın bəstəkarlarının əsərləri istər Yerusəlim, istərsə də “Yeni Rusiya” Simfonik orkestrləri tərəfindən məharətlə səsləndirilib:

“Qəbələdə artıq beşinci ildir ki, beynəlxalq musiqi festivalı keçirilir. Dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliklə musiqi ritmləri maraqlı bir harmoniya yaradır. Festivala ustad sənətkarlarla yanaşı, yerli və xarici gənc musiqiçilərin də cəlb olunması onların gələcək karyerası üçün çox vacibdir”.

Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.