Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib
03 avqust, 2013 17:59
Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib.
ERtv xəbər verir ki, faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.
Məlumata görə 21 yaşlı əsgərin ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
R.Bayramov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.