Avqustun 3-də dəmiryolunun Biləcəri stansiyasında 1100 metr yolun əsaslı təmirinə başlanılıb.
Yolun bu hissəsində işlər iki gün davam edəcəkdir.
Bununla da dəmiryolunun Bakı-Biləcəri sahəsində iyulun 13-də başlanılmış 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, əsaslı təmir işlərini QSC-nin “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirirlər.
“Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış, bu günədək 262,6 kilometr yol əsaslı təmir olunmuşdur. Bunun da 191 kilometrinin 800 metrlik uzun ölçülü relslərlə əvəzlənməsi başa çatıb.
İnfrastruktur departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolda işlərin ardıcıllığı müvafiq cədvələ uyğun həyata keçirilir.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı