Xəbərlər

Aydın Mirzəzadə: “Dövlətimiz oktyabr seçkisində demokratiya sınağından yenidən uğurla çıxa biləcək”
03 avqust, 2013 17:26

Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycanda növbəti prezident seçkiləri oktyabrın 9-a təyin etməsi seçki öncəsi dövrdə yeni bir səhifə açdı.

Artıq iddialı olan hər bir siyasi qüvvə qanuna uyğun olaraq öz təşkilati işlərini görməlidir.

ERtv xəbər verir ki, bu fikirləri hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, çox düzgün olaraq, seçki günü bayram günündən başqa bir günə keçirildi.

Millət vəkili qeyd edib ki, onun qanunla nəzərdə tutulmuş, yəni, oktyabrın 15-dən sonraya keçirilməsi müəyyən dairələrin narazılığına, hakimiyyəti əsassız ittiham etmələrinə səbəb ola bilərdi.

A.Mirzəzadənin dediyinə görə, bu halda isə səlahiyyətli orqan hər bir namizəd üçün bərabər şərait yaratmış oldu:

“Prezidentliyə namizədlərin adları artıq cəmiyyətdə təxmini məlumdur. Bunlar fərdi şəxslərdən çox, ölkənin tanınan siyasi partiyalarını təmsil edərək, seçkidə bir daha öz sosial bazasını müəyyənləşdirə biləcəklər. Seçkinin ilk özəllikləri də artıq məlumdur. ATƏT Parlament Assambleyası və Avropa Parlamenti builki seçkilərə öz müşahidəçilərini göndərməməyi qərara alıb.

 Bu isə Azərbaycan demokratiyasının qazandığı etimad və seçki təcrübəmizin Avropada qəbul edilməsidir. Heç şübhə yoxdur ki, dövlətimiz oktyabr seçkisində demokratiya sınağından yenidən uğurla çıxa biləcək.

Bu, təkcə siyasi qüvvələrin deyil, həm də vətəndaşlarımızın sınağıdır. Seçkiyə münasibət, onun aliliyinin qorunması dövlət müstəqilliyimizin qorunması, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi demək olacaq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.