Ana Vətən Partiyası bu gün keçirilən VI qurultayında qarşıdan gələn prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib.
ERtv xəbər verir ki, bu barədə partiyanın qurultayında müraciət də qəbul edilib. Müraciətdə AVP Azərbaycan xalqını İlham Əliyevə səs verməyə çağırıb.
“Son on ildə dövlətimiz bir çox möhtəşəm uğurlara imza atıb. Əhalinin yaşam tərzi yaxılaşmış və cəmiyyətin həyatında bir çox müsbət dəyişikliklər baş verib.
Əminik ki, çağrışımıza qədirbilən Azərbaycan xalqı yekdilliklə səs verəcək və İlham Əliyevi biz yenidən respublika prezidenti seçməklə qarşıda duran bir sıra milli problemlərimizin həllinə nail ola biləcəyik.
Bu uğurlu yolda birinci addım düzgün seçim etməkdir. Əziz soydaşlar, bir daha sizi gələcək uğurlarımızın qarantı olan İlham Əliyevə səs verməyə çağırırıq”.