İsrail parlamentində 14 ildə ilk dəfə olaraq Fələstin Muxtariyyətinin bayrağı asılıb.
ERtv Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “7 kanal” radiostansiyası xəbər yayıb.
İyulun 31-də parlamentdə Fələstin ərazilərinin yüksək vəzifəli nümayəndələrinin 30-dan çox yahudi nazir və Knesset üzvü ilə görüşü keçirilib.
Fələstin siyasətçisi Abdulla Abdulla bildirib ki, Fələstin və İsrail bayraqlarının yanaşı qoyulması onda dərin təsir buraxıb. Onun fikrincə bu, dinc danışıqların növbəti mərhələsinin başlanması kontekstində uyğun addımdır. O qeyd edib ki, siyasətçilərin vəzifəsi iki dövlətin dinc şəraitdə mövcudluğunu təmin etməkdir.
Abdulla Abdulla Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın adından israilli deputatları Fələstin parlamentinə dəvət edib.