Avtomobil benzininin ixracı kəskin azalmaqda davam edir
02 avqust, 2013 12:57
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyul ayında 2 min 521 ton avtomobil benzini ixrac edib.
ERtv şirkətə istinadən xəbər verir ki, bu göstərici iyun ayında ixrac olunan avtomobil benzininin miqdarından 544 ton az olub.
İlin yanvar-iyul ayları ərzində isə ixrac olunan avtomobil benzini 13 min 220 ton təşkil edib.
Bu ilin yeddi ayında ixrac olunan avtomobil benzininin miqdarı ötən ilin eyni dövründən 29 min 888 ton az olub.
SOCAR rəsmiləri avtomobil benzininin belə kəskin azalmasının səbəbini daxili bazarda tələbatın artması ilə əlaqələndirirlər.
Bildirək ki, 2013-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1000,26 dollar təşkil edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı