Bakıda İsveçrənin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
ERtv xəbər verir ki, tədbirdə çıxış edən İsveçrənin Azərbaycandakı yeni səfiri Paskal Aebişer Azərbaycanda öz ölkəsini təmsil etdiyindən məmnunluğunu bildirib.
“Bu gün mən sizlərə Azərbaycanla İsveçrə arasında olan uzunmüddətli güclü əlaqələrdən irəli gələn xoş hisslərimi çatdırmaq istəyirəm. Ölkələrimiz arasında keçirilən müxtəlif səviyyəli görüşlərdə aktual məsələlər müzakirə olunur və bu görüşlər əlaqələrimizi dərinləşdirmək üçün zəmin yaradır”.
İqtisadi əlaqələrdən də danışan səfir bildirib ki, İsveçrə şirkətləri üçün Azərbaycan çox ümidverici bir bazardır. Diplomatın sözlərinə görə, bu faktın ən bariz nümunəsi ən azı dünyada tanınmış 16 İsveçrə şirkətinin Azərbaycanda fəaliyyət göstərməsidir.
Səfir deyib ki, iyun ayının sonlarında “Şahdəniz” konsorsiumu qazın Azərbaycandan Avropaya nəqli üçün TAP layihəsini seçdi: “Bu qərar bizi çox sevindirir, çünki İsveçrə şirkəti bu layihədə əsas rollarından birini oynayır”.
Azərbaycan iqtisadi inkişaf nazirin müavini Nizami Səfərov hökumət və dövlət başçısı adından İsveçrə xalqını Milli Günü münasibəti ilə təbrik edib. O deyib ki, İsveçrə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr qarşılıqlı hörmət və etimad əsasında inkişaf edir:
“Siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi, şübhəsiz, dövlət başçılarının əməkdaşlığa verilən önəmdən irəli gəlir. Bu baxımdan Azərbaycan və İsveçrə dövlət başçıların qarşılıqlı etdiyi səfərlər də böyük əhəmiyyət daşıyır”.
Qəbulda xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı