Xəbərlər

Azər Badamov: “Cəmiyyət nə radikal müxalifəti, nə də “vahid namizəd” Rüstəm İbrahimbəyovu qəbul edir”
02 avqust, 2013 12:50

Özlərini Milli Şura adlandıraraq müxalif qüvvə hesab edənlər Tbilisidə görüş keçirərək tarix lentini geri qaytarmaq, özlərini 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına oxşatmaqla, cəmiyyətdə dəstək qazanmaq istəyirlər.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Azər Badamov dilə gətirib.

Onun sözlərinə görə, 1918-ci ildəki Milli Şuranın məqsədi Azərbaycanda müstəqil dövlət qurmaq idi.

Millət vəkili qeyd edib ki, amma ondan fərqli olaraq indiki Milli Şuranın məqsədi isə Azərbaycanda qurulmuş müstəqil, demokratik dövləti dağıdaraq özlərinin şəxsi maraqlarına nail olmaqdır:

“Görüşdə qəbul edilmiş dəyərsiz bir bəyanatla özlərinin-özlərinə olmayan inamını xalqda yaratmaq istəyirlər. Amma onlar birmənalı şəkildə bilməlidirlər ki, artıq Heydər Əliyevin rəhbərliyi altında qurulmuş möhkəm, güclü, hüquqi və demokratik Azərbaycan dövləti mövcuddur.

Bununla yanaşı, xalq, cəmiyyət, beynəlxalq ictimaiyyət də ulu öndərin siyasətinin davamçısı, gələcəkdə də ölkəni daha böyük zirvələrə yüksəldə biləcək İlham Əliyevə inanır və etibar edir”.

A.Badamovun eyni zamanda bildirdiyinə görə, elə “Rəy” Monitorinq Mərkəzinin respondentlər arasında keçirdiyi son sorğunun nəticələri də ölkədə hansı siyasətçinin, hansı siyasi kursun xalq tərəfindən dəstəklənib-dəstəklənmədiyinə bir daha aydınlıq gətirmiş oldu:

“Radikal müxalifətin, Milli Şuranın vahid namizəd kimi irəli sürdüyü və cəmiyyətə təqdim etməyə çalışdığı şəxsin - Rüstəm İbrahimbəyovun respondentlər tərəfindən yalnız yazıçı kimi tanındığı və onun siyasətçi kimi qəbul edilmədiyi üzə çıxdı. Sorğunun nəticələrinə əsasən respondentlərin 86,1 faizinin İbrahimbəyovun “vahid namizəd” kimi irəli sürülməsindən xəbərsiz olduğu da bir daha ortaya qoyulmuş oldu.

Bu məqamların özü isə bir daha onu göstərir ki, cəmiyyət nə radikal müxalifəti, nə də hətta, həmin cinahın özü tərəfindən birmənalı qəbul edilməyən “vahid namizəd” Rüstəm İbrahimbəyovu qəbul edir. Xalqın, seçicilərin yeganə güvəndiyi, etibar etdiyi bir siyasi qüvvə, bir siyasətçi var ki, o da indiki hakimiyyət və ölkə Prezidenti cənab İlham Əliyevdir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.