Xəbərlər

Aydın Mirzəzadə: “Müxalifət pat vəziyyətinin saxlanmasına qərar verdi”
02 avqust, 2013 12:48

Radikal müxalifət liderlərinin bu günlərdə Tbilisidə keçirdiyi görüş siyasi analitiklər üçün müəyyən maraq doğurdu.

Bu ilin payızında keçiriləcək prezident seçkisində iştirak edəcək qüvvələrdən birinin strategiyası onun fəaliyyətini qiymətləndirməyə imkan verirdi.

ERtv xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, görüşün nəticələri barədə müxtəlif proqnozlar verilsə də, onun nəticəsiz başa çatacağı gözlənilən idi.

Millət vəkili deyib ki, radikalların seçkiqabağı yaratdıqları Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov yenə də situasiyanı həll edə bilmədi, onun Bakıya dönməsi mövzusu cəmiyyət üçün maraqlı olmadığı, bu amildən istifadənin heç bir səmərə verməyəcəyi başa düşüldü.

A.Mirzəzadə hesab edir ki, yenə müxalifətin sosial bazası Milli Şuranın seçki ilə bağlı nə addım atacağı barədə suala cavab ala bilmədi, ehtiyat namizəd variantının müzakirə edilib-edilmədiyi isə qaranlıq qaldı:

“Müsavat Partiyasının başqanı İsa Qəmbərin İbrahimbəyovla ayrıca görüşü isə tərəflərin hələ də bir-birinə inam bəsləmədiklərini və özləri üçün əlverişli situasiyanı gözlədiklərini üzə çıxardı.

Radikalların Tbilisi görüşü onların əslində seçkidə iştirak etməmək istəyini üzə çıxardı. Müxalifətin digər cinahları aktiv surətdə seçki məsələləri ilə məşğul olduqları və tərəfdarları ilə iş apardıqları halda, radikallar hələ də “pasport sindromundan” əziyyət çəkirlər.

Onların cəmiyyətin problemlərinin həllinə dair proqramlarının olmaması isə üzdə olan ciddi faktorlardan biridir. Tbilisi görüşü müxalifətin bu seçkidə də ciddi məğlubiyyətə uğrayacağını və daxili çəkişmələrdən azad olmadığını göstərdi. 2013-cü il seçkisində onlar yeni seçki texnologiyası tətbiq etməyə çalışsalar da, onun uğursuzluğu bariz görünür.

Daxili məzmunu dəyişmədən, cəmiyyətin əhval-ruhiyyəsini tutmadan uğur qazanmaq qeyri-mümkün olan məsələdir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.