Xəbərlər

YAP: “Seçkilərin vaxtının dəyişdirilməsi tam məntiqə uyğundur”
02 avqust, 2013 17:27

Qarşıdan gələn növbəti prezident seçkilərinin MSK tərəfindən oktyabr ayının 9-na təyin edilməsi tam məntiqə və qanunauyğun bir addımdır.

Şəxsən mən burada hansısa bir problem və narahatçılıq doğuran məqam görmürəm.

ERtv xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Hadi Rəcəbli növbəti prezident seçkilərinin vaxtının əvvəlki prezident seçkiləri ilə müqayisədə bir həftə əvvələ, yəni, oktyabrın 16-dan həmin ayın 9-na təyin edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) məlum qərarına müxalifət nümayəndələrinin etirazına münasibətini bildirərkən dilə gətirib.

YAP funksioneri bildirib ki, müxalifətin bu məsələ ilə bağlı narahatçılıq keçirməsinə heç bir əsas görmür:

“Mən başa düşə bilmirəm ki, onlar nəyə görə bu məsələdən narahatçılıq, ciddi əndişə keçirir və öz etirazlarını səsləndirirlər. Seçkilərin oktyabrın 16-da və ya 9-da keçirilməsinin nə prinsipial əhəmiyyəti var?

Seçkilər bir həftə əvvəl və ya bir həftə sonra keçirildi. Burada dəyişən nədir ki? Bu, onu göstərir ki, müxalifət, xüsusilə, onu radikal qanadı prezident seçkilərinə ciddi hazırlaşmayıb və indidən öz məğlubiyyətlərini, uğursuzluqlarını sığortalamaq üçün bəhanə axtarırlar.

Seçkilərə hazırlaşan ciddi siyasi qüvvə üçün seçkilərin vaxtının bir həftə əvvəl və ya gec təyin olunmasının elə bir əhəmiyyəti qalmır. Ancaq qeyd etdiyim kimi bizim radikal müxalifət yenə də hay-küy qaldırmaqdan, ajiotaj yaratmaqdan başqa yol tanımır.

Onlar yaxşı olar ki, bəhanələri bir kənara qoyub seçkilər prosesinə ciddi hazırlaşsınlar və ya hazırlaşaydılar. Bir daha qeyd edirəm ki, seçkilərin oktyabrın 9-na təyin edilməsi çox normal və məntiqə uyğun bir addımdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.