MSK seçkilərlə bağlı Təqvim planını təsdiq edib
02 avqust, 2013 17:25
MSK iclasında seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
ERtv-nin verdiyi xəbərə əsasən, qurumun katibiArifə Muxtarova bildirib ki, seçki günü ilə bağlı qərar dərc olunduğu gündən etibarən prezidentliyə namizədlik irəli sürülməsinə başlanılır və namizədliyinin irəli sürüb imza vərəqələrini götürmək üçün MSK-ya müraciət etmək hüququna malikdir.
O deyib ki, Təqvim planına əsasən seçki gününə 23 gün qalmış rəsmi təbliğata başlanılır.