Xəbərlər

Fərhad Bədəlbəyli V Qəbələ Beynəlxalq Musiqi Festivalından danışdı
02 avqust, 2013 13:08

V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qaxda konsert keçirilib.

ERtv xəbər verir ki, “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində keçirilən səyyar konsertdən sonra festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli təəssüratlarını paylaşıb:

“Biz bu orkestrlə artıq ikinci dəfədir ki, Qaxa gəlirik. Yenidən şəhərin qədim məhəlləsində, açıq səma altında yaradılan bu bənzərsiz səhnədə çıxış edirik. Bu səhnəni çox sevirik. Burada bizim üçün hər cür şərait yaradılıb. Bu səhnədə çıxış etmək böyük şərəfdir”.

Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.