Bu gün xalq artisti, sevilən aktyor Fəxrəddin Manafovun doğum günüdür.
ERtv xəbər verir ki, Manafov Fəxrəddin avqustun 2-də, 1955-ci ildə Xankəndində dünyaya gəlib.
1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.
1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
F.Manafov “Əlvida, cənub şəhəri”, “Ölsəm... Bağışla”, “Təhminə”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Hökmdarın taleyi” kimi filmlərdən tamaşaçılara yaxşı tanışdır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı