Şəhərin mərkəzində yerləşən köhnə texnologiyalarla işləyən müəssisələrin kənara köçürülməsi təklif olunur.
ERtv xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev bildirib.
O qeyd edib ki, bu məsələ “Böyük Bakının regional inkişaf planı”nda da nəzərdə tutulub .
C.Qocayevin sözlərinə görə, bu müəssisələrin Qaradağ rayonu ərazisinə köçürülməsi gözlənilir.
Komitənin şöbə müdiri bu müəssisələrin köçürülməsinin mərkəzi ərazilərdəki səs küyün və çirklənmənin qarşısını alacağını qeyd edib:
C.Qocayev Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulan hava limanından da danışaraq bildirib ki, burada ikinci hava limanının tikilməsi həm ekoloji mühiti yaxşılaşdıracaq, həm də tıxacların qarşısını alacaq:
“Ələt müstəqil şəhər, logistika mərkəzi formalaşacaq. Bir çox müəssisələr buraya köçürüləcək. Burada hava limanının tikilməsi ilə də Heydər Əliyev prospektində tıxacın qarşısı alınacaq”.