Xəbərlər

Türkiyə vətəndaşının öldürülməsinə görə Ermənistana etiraz edib
02 avqust, 2013 13:02

Türkiyənin Xarici İşlər Nazirliyi erməni əsgərlərin sərhədi səhvən keçmiş turkiyəli çoban Mustafa Ülkəri qətlə yetirmələrinə kəskin narazlığını bildirib.

ERtv “Anadolu” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi bu hadisə ilə əlaqədar xüsusi açıqlama yayıb.

Açıqlamada günahsız Türkiyə vətəndaşının bəsit bir sərhəd pozuntusu səbəbi ilə Ermənistan sərhədçiləri tərəfindən atəş açılaraq öldürülməsi pislənilib.

M.Ülkərin cənazəsinin Türkiyəyə gətirildiyi və məsələyə dair diplomatik hərəkətlərə başlanıldığı qeyd olunan açıqlamada Ermənistanın bu davranışının izahı olmadığı vurğulanıb:

“Günahsız bir vətəndaşımızın tamamilə üzürlü səbəblə yol verdiyi sərhəd pozuntusu üzündən atəş açılaraq öldürülməsini qətiyyətlə pisləyirik.

Ermənistanın sərhəddə yaranan təbii bir hala qarşı əsassız güc tətbiqinin izahatı yoxdur”.

Sənəddə bu kimi halların Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə mane olduğu da diqqətə çatdırılıb:

“Bu və buna bənzər hadisələr Cənubi Qafqaz regionunda tam, dayanıqlı normallaşmaya mane olmaqla yanaşı, Ermənistanın da qonşuları ilə münasibətdə sağlam düşüncəyə ehtiyacı olduğunu bir daha təsdiqlədi”.

Çoban Mustafa Ülkər iyulun 31-də Ermənistanla sərhəddəki Akyaka yaylağında qoyun sürüsünü otararkən, səhvən bu ölkənin ərazisinə keçib və erməni sərhədçiləri tərəfindən qətlə yetirilib.

Onun cənazəsi dünən Türkiyəyə gətirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.