Kinoşünas, rejissor Ayaz Salayevin doğum günüdür.
ERtv xəbər verir ki, rejissor, ssenarist, kinoşünas, pedaqoq Ayaz Salayev 1960-cı il avqustun 1-də Bakıda anadan olub.
1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinoşünaslıq fakültəsini bitirib.
1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb.
1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında “müasir film” fənnindən dərs deyib.
1995-ci ildə çəkdiyi “Yarasa” filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən təxminən otuz müsabiqədə iştirak edib. Film Fransanın Anjer şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb.
Son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
Son 5 ildə “İnternyus-Azərbaycan”da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu çarx çəkib. Əməkdar incəsənət xadimidir.
Onun azərbaycanlı tamaşaçının kino zövqünün formalaşmasında müstəsna xidmətləri var. Vaxtilə apardığı “Retro” verilişi ilə kinosevərlərin düşüncəsində əməlli-başlı inqilab etmiş bu şəxs, sonralar yaratdığı hələlik ilk və son “Yarasa” bədii filmi ilə təkcə danışmağın yox, həm də göstərməyin ustası olduğunu təsdiqləyib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı