İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı davam edir.
ERtv xəbər verir ki, festivalın iştirakçısı, tanınmış rusiyalı skripkaçı Olqa Martınova hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib.
Bildirib ki, festivala dünyaca tanınmış musiqiçilərin, o cümlədən orkestrlərin, pianoçuların, skripkaçıların, dəvət olunması bir daha bu möhtəşəm incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir.
Musiqiçi Qəbələnin gözəlliyinə heyran qaldığını xüsusilə vurğulayıb:
“Meşələr, vadilər, yaşıl çəmənli dağlar, bir sözlə, burada hər addımda gözəllik, ecazkarlıq hökmrandır. Auditoriya isə çox həssasdır. Həyat yoldaşım Con Bernard Pommier ilə Azərbaycana gəlmişəm. Konsertdən əvvəl Qəbələnin mənzərəli yerlərini gəzdik.
Belə bir məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram. Buranın dağlıq ərazisi bizi daha uğurla çıxış etməyə ruhlandırır. Bir daha festivalın təşkilatçılarını bu təşəbbüs münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu mötəbər incəsənət bayramı barədə hələ çox danışılacaq”.
Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı