Kür çayından 5 yaşlı uşağın cəsədi çıxarıldı
01 avqust, 2013 14:22
Çayda boğulan azyaşlının cəsədi bir gün sonra tapıldı.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 30 iyul 2013-cü il tarixində Kür çayının Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində batan 2008-ci il təvəllüdlü Paşayev Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.
5 yaşlı uşağın meyiti bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.