Çərşənbə günü Moskva polisi tərəfindən aparılan genişmiqyaslı xüsusi əməliyyatlar zamanı İraq, Suriya, Vyetnam və Azərbaycandan olan və qanunsuz miqrasiya təşkilində şübhəli bilinən 8 nəfər saxlanılıb.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin məlumatında bildirilir.
“Onlara qarşı cinayət işi qaldırılıb. Şübhəli şəxslərdən dördü Rusiya vətəndaşlığına malikdir, hazırda bunun necə əldə edildiyi araşdırılır”, - deyə məlumatda bildirilir.
Eyni zamanda polis əməkdaşları “Sovetski” küçəsində yerləşən idman-sağlamlıq müəssisəsi ərazisində avadanlıq, yaşamaq üçün yer və təqribən 200 nəfər Misir, Mərakeş, Suriya, Qırğızıstan, Azərbaycan və Özbəkistan vətəndaşı aşkar ediblər. Onların bəzilərinin icazəsiz travmatik silahı olub. Əməliyyatda ümumilikdə 900-dən artıq polis əməkdaşı iştirak edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı