Saakaşvili İvanişvilini pul kisəsinin ağzını açmağa çağırdı
01 avqust, 2013 14:16
Mixail Saakaşvili baş naziri öz pullarını Gürcüstan iqtisadiyyatını xilas etmək məqsədilə ölkəyə yatırmağa çağırıb.
ERtv-nin “Novosti-Qruziya”ya istinadən verdiyi xəbərə görə, prezident ölkədəki iqtisadi vəziyyəti təhlükəli adlandırıb və məhz buna görə də gürcü milyarderi, baş nazir Bdzina İvanişvilini pullarını ölkə iqtisadiyyatına yatırmağa çağırıb.
O, bunun ölkəni xilas etmək üçün vacib olduğunu bildirib.
Buna səbəb isə ölkənin statistika idarəsinin yaydığı son məlumatlara əsasən, Gürcüstanın 2013-cü ilin ikinci kvartalında inkişaf göstəriciləri 2012-ci illə müqayisədə yalnız 1,3% artım təşkil edib.
Lakin prezidentin bildirdiyinə görə, bu rəqəmin göstərilən dövr üçün 11% təşkil edəcəyi proqnozlaşdırılmışdı.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı