Liviyanın Misurat məhkəməsi iyulun 31-də ölkənin keçmiş təhsil naziri, eyni zamanda mərhum lider Müəmmar Qəddafinin xalası oğlu Əhməd İbraqib haqqında ölüm hökmü çıxarıb.
ERtv “Associated Press”ə istinadən xəbər verir ki, məhkəmə onu 2011-ci ildə gedən vətəndaş müharibəsi zamanı qətl törətməkdə və zorakılığa təhrikçilikdə müqəssir bilib.
İstintaqın fərziyyəsinə görə, İbraqib diktatorun doğma şəhəri Sirtdə Qəddafi tərəfdarlarının silahlı dəstələrindən birinə başçılıq edib. Bundan əlavə, keçmiş nazir yerli radiostansiya vasitəsilə yalan məlumat yaymaqda və bununla da əhalinin əhvalını pozmaqda müqəssir bilinib.
Məhkəmə həmçinin İbraqibin bir nəfəri öldürdüyünü, bir ailənin isə beş üzvünün oğurlanması və qətlə yetirilməsinə rəhbərlik etdiyini sübuta yetirib.
Əhməd İbraqib güllələnmə yolu ilə öldürüləcək. Hökmün nə zaman icra olunacağı açıqlanmır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı