İstanbulda yenə ara qarışdı, xəsarət alanlar var
01 avqust, 2013 14:12
İstanbulun polis bölmələri nümayişin dağıdılması üçün yenidən gözyaşardıcı qaz və su şırnağı tətbiq edib.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bir neçə yüz nümayişçi polisin sərt münasibətinə etiraz əlaməti olaraq, həmçinin gözyaşardıcı qazdan komaya düşən oğlana dəstək məqsədi ilə İstanbul küçələrinə çıxıblar.
Qanun keşikçiləri etirazçıları “Taksim” meydanı yaxınlığında dayandırıblar. 4 nəfər xəsarət alıb. Nümayişdə ümumilikdə 500 nəfər iştirak edib.