Fransada müştərilərin bank hesablarından saxta kartlarla pul çıxaran iki erməni həbs olunub.
ERtv-nin verdiyi xəbərə görə, Fransa polisi ölkənin liman şəhəri Marseldə ustalıqla düzəldilən saxta kartlarla bankomatdan pul çıxaran iki ermənini həbs edib.
İlkin dindirmə zamanı 30-35 yaşlı hər iki erməninin saxta bank kartları düzəltməkdə və dələduzluqla məşğul olmaqda şübhəli bilinən ermənilərdən ibarət böyük bir cinayətkar dəstənin üzvləri olduğu aşkarlanıb.
Həmçinin aydın olub ki, onlar əcnəbi turistlərin daha çox axın etdikləri Lion, Marsel, Nis və digər şəhərlərdə saxta bank kartları vasitəsilə bankomatlardan külli miqdarda pul çıxarıblar və əhaliyə böyük məbləğdə zərər vurublar. Hələlik bu zərərin miqdarını müəyyənləşdirmək mümkün olmayıb.
Cinayətkar ermənilər xüsusi qurğu vasitəsilə bank kartlarının surətini və kodunu əldə edərək buna uyğun saxta kartlar düzəldiblər və uzun müddət müştərilərin hesabından pul çıxarmaqla məşğul olublar.
Artıq 150-dən çox insan onların şəxsi bank hesablarından külli miqdarda pul çıxarıldığı barədə polisə məlumat veriblər. Məhz onların şikayətindən sonra polis cinayətkar dəstənin izinə düşüb və ermənilərdən ibarət dəstənin iki üzvünü ələ keçirə bilib.
Dəstənin digər üzvlərinin axtarışı davam etdirilir. İlkin məhkəmə prosesində cinayətkar əməllərini etiraf edən erməniləri uzunmüddətli həbs cəzası gözləyir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı