Xəbərlər

“Neft Daşları” yatağı üçün yeni özül layihələndirilib
01 avqust, 2013 13:22

“Neft Daşları” yatağı üçün yeni 620A saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulub.

ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 27 metr dərinliyində yerləşdiriləcək.

7 dayaq bloklu özül 2 hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olacaq ki, bu sahələr hər birinin uzunluğu 33 metr olan 2 piyada körpüsü ilə əlaqələndiriləcək.

Özül ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 6 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran, “ASTRA-20” tipli bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.

Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik aqreqatı, 42 nəfərlik tanker tipli xilasetmə qayığı və hər biri 10 nəfərlik 4 xilasedici sal quraşdırılacaq.

Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.