Xəbərlər

İman Nağıyev: “Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq standartların bütün tələblərinə cavab verir”
01 avqust, 2013 13:18

Prezident İlham Əliyevin həyata keçirdiyi addımlar bu gün beynəlxalq standartların bütün tələblərinə cavab verən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin daha da təkmilləşməsinə səbəb olub.

ERtv-nin verdiyi xəbərə görə, bunu Bakıda seçki komissiyalarının rəhbərləri üçün seçki hüququ ilə bağlı keçirilən ixtisas kurslarında çıxış edərkən Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev bildirib.

Onun sözlərinə görə, respublikada 5 apellyasiya məhkəməsinin fəaliyyət göstərməsinə baxmayaraq, seçki prosesləri ilə əlaqədar olan müraciətlərin əsas hissəsi məhz Bakı Apellyasiya Məhkəməsinə yönəlib. İ.Nağıyev diqqəti bir faktın üzərinə də çəkib ki, son parlament seçkilərində Bakı Apellyasiya Məhkəməsinə 190 iddia daxil olub. 165 iş üzrə qərarlar çıxarılıb, 25 iddianın təmin olunması rədd edilib.

“Müraciətlərin əksər hissəsi Mərkəzi Seçki Komissiyasının (MSK) namizədliyin qeydə alınmasından imtina etməsi, o cümlədən, səsvermənin nəticələri ilə bağlı olub” – İ.Nağıyev deyib.

Azərbaycandakı seçki prosesləri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) yönəldilən iddialarla bağlı məsələyə toxunan İ.Nağıyev AİHM-nin çıxardığı qərarlardan da bir neçə misal gətirib.

“AİHM-nin verdiyi qərarların əksər hissəsi ilə mən razı deyiləm, lakin Azərbaycanın öz üzərinə beynəlxalq öhdəlikləri götürdüyünü nəzərə alsaq, biz Avropa Məhkəməsinin qərarlarına və hökmlərinə hörmətlə yanaşmalıyıq. Buna görə də, seçki komissiyalarını AİHM-də qaldırılan iddialara səbəb ola biləcək halların qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə çağırıram” – o, qeyd edib.

“Əminəm ki, MSK əməkdaşları seçkilərin məhkəmələrə müraciətlərin minimal sayda edilməsi halları olmaqla, yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlarını səfərbər edəcəklər”- İ.Nağıyev bəyan edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.