Xəbərlər

Mübariz Mənsimov “Öz pulumla da utancverici hesabla uduzuram”
31 iyul, 2013 13:44

“Xəzər Lənkəran”a yeni futbolçular alınacaq.

ERtv xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ANS-ə açıqlamasında bildirib.

Ötən həftə İsrail təmsilçisi “Makkabi Hayfa”ya 0-8 hesablı məğlubiyyət haqqında danışan Mənsimov, bu məğlubiyyətdən ən çox özünün kədərləndiyini söyləyib:

“Komanda avrokuboklarla çox bir pis nəticə ilə vidalaşır. Amma bu, futboldur, hər şey ola bilər. Bütün azarkeşlərdən tək istəyim odur ki, heç nə haqda düşünməsinlər.

Düzdür, bəzi fanatların narazılığını və komandaya hirslənməsini anlayıram. Amma ən çox məyus olan mənəm” – deyə, M.Mənsimov bildirib.

Mübariz Mənsimov ildə kluba öz şəxsi cibindən 20 milyon xərcləməsinə baxmayaraq rüsvayçı hesablı uduzduğuna görə məyus olduğunu gizlətməyib.

Fəxri prezident bundan sonra klubda aparılacaq islahatla barəsində də məlumat verib:

“Komandaya ildə 20 milyon dollar pul verirəm və öz pulumla da utancverici hesabla uduzuram. Komandanın rəhbərliyi və məşqçisi var. Kimin klubda qalmasına, getməsinə onlar qərar verəcək və “Xəzər Lənkəra”a yeni futbolçular gətirəcək”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.