Azərbaycanda ağır qəza: ölən və yaralananlar var
31 iyul, 2013 13:39
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-dən bildirilib ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu hissəsində “KAMaz” markalı yük avtomobili “Mercedes”lə toqquşub.
Hadisə nəticəsində minik avtomobilində şəxsiyyətləri məlum olmayan 1 nəfər ölüb, 4 nəfər də yaralanıb.
Vətəndaşların köməkliyi ilə xəsarət alan sürücü, bir qadın və bir də azyaşlı uşaq xəstəxanaya aparılıb. Sıxılmış vəziyyətdə qalan bir nəfəri isə xilasedicilər avtomobildən çıxarıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.