Xəbərlər

Rüstəm Usubov: “Korrupsiyaya qarşı mübarizədə İKT-nin inkişafı çox mühümdür”
31 iyul, 2013 13:36

Bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurs davam edir.

Baş prokurorun birinci müavini Rüstəm Usubov kursda “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib.

O, deyib ki, QHT-lər korrupsiyaya qarşı mübarizədə aktiv iştirak edir. Və sözlərinə əlavə edib ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atıldığı qeyd edilib:

“Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar görülür.

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür.

Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb. Azərbaycan respublikasında qeydə alınmış cinayətlərdə bağlı Elektron Cinayət Sistemi (ECS) yaradılıb. ECS-də cinayət qeydə alınandan başlayaraq sonrakı prosedurlarla bağlı məlumatlar yer alır. Bu, bizim işimizi daha da asanlaşdırır”.

R.Usubov bildirib ki, prokurorluq geniş dünyagörüşünə malik, vətənpərvər gənc hüquqşünaslarla təmin edilib:

“Bu gənclərdən 70 nəfəri irəli çəkilib, Baş Prokurorluğun mərkəzi aparatında işləyir”.

Müavin bildirib ki, öncəki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər 17,3 faiz azalıb.

Əvvəlki illərdə ən azı 500-600 qəsdən adam öldürmə cinayətləri qeydə alınırdı. Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verib.

Əvvəllər bu cinayətlərin 200-ü açılmırdı, son illər isə 10-15 qəsdən adam öldürmə cinayəti açılmır. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb”.  

Baş prokurorun birinci müavini Nabrandakı istirahət mərkəzində baş verən faciədən də danışıb:

“İmran Cəfərzadə ilə bağlı hadisə hər kəsə məlumdur. Bu işlə bağlı çoxlu mütəxəssislər cəlb etdik, şübhəli sayılan 3 nəfəri saxlamışıq. Eyni zamanda işi Xaçmaz Rayon Prokurorluğundan Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə vermişik”.

O, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Padarovun başçılıq etdiyi cinayətkar dəstəsinin ifşa olunduğunu da qeyd edib:

“Biz qısa müddətdə bu cinayətkar qrupu ifşa etdik. Qrupun üzvləri həbs edildi. Hazırda bu qrupun 29 üzvünün məhkəməsi gedir. Təəssüflər olsun ki, cinayətkar qrupun üzvü Gəncədə müqavimət göstərərkən qətlə yetirildi, MTN-nin bir əməkdaşı isə həyatını itirdi. Biz gecə-gündüz işləyirik ki, əmin-amanlıq olsun, insanlar dinc yaşasınlar”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.