“Ostankino”-da yanğın olub
31 iyul, 2013 13:32
“Ostankino”-da yanğın olub.
ERtv-nin RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə dövlət idarəsi məlumat yayıb. Məlumata əsasən, yanğın barədə siqnal Moskva vaxtı ilə 21:44-də daxil olub.
Yanğın binanın dekorasiyalar olan birinci mərtəbəsində baş verib, nəticədə güclü tüstü bütün binanı bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər adamları həmin binadan təxliyə ediblər. Oradan təxminən min nəfər insan çıxarılıb.
Yanğının təsnifat üzrə 4-cü dərəcəli alovlanmaya aid olduğu qeyd olunub. Yanan ərazi təxminən 25 kvadrat metrdir. Alovun qarşısı 22:58-də müvəffəqiyyətlə alınıb.
Qeyd edək ki, hadisə yerində 36 yanğın dəstəsi iş aparıb.