Xəbərlər

2014-cü il dövlət büdcəsinin prioritetləri açıqlanıb
31 iyul, 2013 13:26

Növbəti və sonrakı illərin dövlət büdcəsində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına diqqət yetiriləcək.

ERtv-nin verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov 2013-cü büdcə ilinin ilk altı ayının yekunlarına, 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişinə, o cümlədən qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.

“Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanıldığını bildirən maliyyə naziri Samir Şərifov vurğulayıb ki, habelə “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcək.

Nazir bildirib ki, növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.

S.Şərifov nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə 2014-cü il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi zamanı dövlət büdcəsinin real maliyyə imkanlarını nəzərə almaqla, xərclərin proqnozlaşdırılmasına mühafizəkar yanaşılması, büdcənin tərtibi prosesini vaxtında başa çatdırmaqla müvafiq büdcə layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etmələri barədə tapşırıqlar verib.

Eyni, zamanda yerli maliyyə orqanlarına qanunvericiliyə uyğun olaraq 2013-cü il dövlət büdcəsinin icrası prosesinin stabil həyata keçirilməsi, vəsaitlərin daha da səmərəli istifadə olunması və ilkin nəzarətin artırılması, habelə 2014-cü il və sonrakı üç il üçün rayon və şəhərlərin yerli gəlir və xərcləri ilə bağlı büdcə layihələrinin bir daha təhlil edilib məlumatların təqdim olunmasına dair konkret tapşırıqlar verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.