Xəbərlər

Fərəc Quliyev: “Milli Şuranın Tbilisi toplantısında verilən qərarların heç bir əhəmiyyəti yoxdur”
31 iyul, 2013 13:25

Siyasilər Milli Şuranın Tbilisə təşkil olunan yığıncağının mövcud duruma təsir göstərəcəyini düşünmürlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev ERtv-yə açıqlamasında Milli Şuranın Tbilisidə baş tutan toplantısının seçkilər ərəfəsində mühüm dəyişiklərə yol açacağına inanmadığını deyib:

“Açığı, Milli Şuranın ümumi fəaliyyəti və xüsusilə də onun Tbilisidə baş tutmuş toplantısı haqqında geniş məlumatlı deyiləm.

Amma bütün hallarda hesab edirəm ki, o qurumun harada toplanmasından asılı olmayaraq, verdiyi qərarların proseslərə ciddi təsiri olmayacaq.

Çünki Milli Şurada təmsil olunan partiyaların öz aralarında yetərincə ziddiyyətlər var və digər tərəfdən, onların bir çoxunun hətta öz imzalarına hörmət etmədiklərinin şahidi olmuşuq.

Belə olan halda onların hansısa sənəd qəbul edib-etmədiklərinin bir əhəmiyyəti yoxdur.

Digər tərəfdən, fikrimcə, qarşıdakı qısa müddətdə Rusiyanın layihəsi hesab olunan Milli Şura ilə bağlı bir çox məqamlara tam aydınlıq gələcək.

Ümumiyyətlə, qarşıdakı yaxın dönəmdə ölkədəki seçkiqabağı siyasi vəziyyətdə ciddi müəyyənlik yaradacaq proseslərin şahidi olacağımızı düşünürəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.