Xəbərlər

Rüstəm Usubov: “Seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər məsuliyyətə cəlb edilə bilərlər”
31 iyul, 2013 13:22

2005-2006-cı illərdə ötən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kursda baş prokurorun birinci müavini Rüstəm Usubov söyləyib.

Rüstəm Usubov deyib ki, həmin müraciətlərin 102-i MSK-dan, 35-i dairə seçki komissiyalardan, 4-ü partiyalar blokundan, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətənlaşlardan daxil olub.

Həmin vaxt 20 DSK bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib.

4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. 2008-ci ilin prezident seçkiləri zamanı isə Baş Prokurorluğa heç bir mraciət daxil olmyaıb.

Onun sözlərinə görə, 2010-cü ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub. Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5i ilə bağlı şərh verilib. Bir müraciətlə bağlı isə cinayət işi açılıb:

“89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır”.

Rüstəm Usubov deyib ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işini düzgün qurmasının nəticəsidir:

“Seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər,  partiyalar, bələdiyyələr, digər qurumların təmsilçiləri Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilər ”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.