Xəbərlər

BP ötən il SOCAR-a 3,4 milyard kubmetr səmt qazı verib
30 iyul, 2013 20:37

2012-ci il mayın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG)kompleksindən istismara verildiyi 1997-ci ildən bəri 2 milyard barel neft hasil edilib.

ERtv-nin verdiyi xəbərə görə, bu barədə BP şirkətinin Azərbaycanda 2012-ci il üzrə davamlı inkişaf haqqında hesabatında deyilir.

2012-ci ildə AÇG kompleksindən orta hesabla gündə 664 400 barel (ildə 243,2 milyon barel və ya 32,9 milyon ton) neft hasil olunub.

Hesabatda qeyd olunub ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) gündə təxminən 9,2 milyon standart kubmetr (təxminən 324 milyon standart kubfut) səmt qazı çatdırılıb.

Ümumilikdə, 2012-ci ildə SOCAR-a təxminən 3,4 milyard standart kubmetr (təxminən 119 milyard standart kubfut) səmt qazı təhvil verilib.

Bu, səmt qazı ilə bağlı bütün il üzrə 3 milyard standart kubmetr (və ya 106 milyard standart kubfut) olan proqnozdan təxminən 13% çoxdur.

AÇG üzrə əməliyyat xərcləri cəmi 725 milyon, əsaslı xərclər isə 2,495 milyard dollar olub.

2013-cü ildə AÇG fəaliyyətləri üzrə əməliyyat xərclərinə 758 milyon, əsaslı xərclərə isə 2,514 milyard dollar vəsait xərcləməyi nəzərdə tutulur.

AÇG Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır və Bakıdan təxminən 100 km şərqdə yerləşir.

AÇG-də hasilat 1997-ci ilin noyabr ayında yatağın Çıraq hissəsindən başlanıb və indi buraya yatağın Mərkəzi, Qərbi və Şərqi Azəri, həmçinin Dərinsulu Günəşli hissələri də daxildir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.