Azərbaycanlı hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər
30 iyul, 2013 13:57
“Tromse” – “Differdange” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək.
ERtv-nin verdiyi xəbərə görə, FIFA referisi Anar Salmanov futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə təyinat alıb.
AFFA-nın yaydığı məlumata əsasən, o, avqustun 1-də Norveçin “Tromse” klubu ilə Lüksemburqun “Differdange” komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Hakim Anar Salmanova Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Hakimlərimizin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək. Oyunun UEFA nümayəndəsi almaniyalı Tomas Veyhing olacaq.