Xəbərlər

Qəbələ festivalına qatılan yerusəlimli skripkaçı özü ilə Azərbaycan xalçası aparacaq
30 iyul, 2013 13:54

İyulun 24-də Qəbələ şəhərində start götürən V Beynəlxalq Musiqi Festivalı davam edir.

Ertv xəbər verir ki, festivalın iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko öz fikirlərini paylaşıb:

“Qəbələyə gələn qonaqlara Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanış olmaq imkanı yaradılır. Təbiətin qoynunda keçirilən ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində yenilikdir. Bu yerlərdən böyük zövq aldım. Ümumiyyətlə, Azərbaycan Şərq və Qərb memarlıq nümunələrinin elementlərini özündə birləşdirir. Qəbələnin qədim, həm də müasir arxitekturası məni valeh etdi”.

Janna Qondolko Qəbələyə toplaşan dünyanın görkəmli musiqi xadimlərinin konsertlərinin böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşatdığını xüsusilə vurğulayıb.

Janna Qondolko Azərbaycan xalçaları ilə xüsusilə maraqlandığını deyib. Əlavə edib ki, vətəninə dönərkən xalçalarımızdan dostlarına hədiyyə aparacaq.

Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.