Azərbaycan Ordusunun əsgəri göldə boğulub
30 iyul, 2013 13:53
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ERtv-nin məlumatına görə, Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı “N” saylı hərbi hissənin əsgəri Məmmədov Cavid Samir oğlu göldə çimərkən boğularaq ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Baş verən hadisə ilə bağlı araşdırma aparılır.