Sumqayıtda canından bezən şəxs özünü dənizə atıb
30 iyul, 2013 13:51
Sumqayıtda intihara cəhd olub.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-dən bildirilib ki, dünən Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Xəzər dənizinin Sumqayıt şəhəri hissəsində 1 nəfər intihar məqsədi ilə özünü suya atıb.
Faktla bağlı hadisə yerində dalğıc-xilasedicilər xilasetmə tədbirləri həyata keçiriblər. Nəticədə həmin şəxs xilas edilib.
İntiharın səbəbləri məlum deyil.