İsveçrədə qatar qəzası: yaralananlar var
30 iyul, 2013 13:47
İyulun 29-da axşam saatlarında İsveçrədə iki sərnişin qatarı qarşı-qarşıya gələrək, toqquşub.
ERtv-nin Vesti.Ru-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 44 nəfər xəsarət alıb.
Məlumatı “Sky News” yayıb. Məlumata əsasən, qatarlar ölkənin qərbindəki Qranj-pre-Marnan şəhəri yaxınlığında toqquşublar.
Hadisə təxminən saat 19:00 radələrində baş verib. Dəmir yolları nəqliyyatının hərəkəti ölkədə müvəqqəti olaraq dayandırılıb. Şahidlərin bildirdiyinə görə, qatarlardan heç biri relslərdən kənara çıxmayıb.
Ən son məlumata görə, qatarlardan birinin maşinisti həlak olub. Onun meyiti qatarın içindən tapılıb. Araşdırma gedir.