“Təhrik Taliban-i-Pakistan” radikal hərəkatının (“Pakistan talibləri hərəkatı”) nümayəndələri bu gün Pakistanın şimal-şərqindəki Dera-İsmayıl-Xan şəhərindəki həbsxanaya hücum nəticəsində təqribən 300 məhbusu azad etdiklərini bəyan ediblər.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə taliblər arasında silahlı toqquşma nəticəsində dörd nəfər, o cümlədən 3 mülki şəxs xəsarət alıb.
İnsident çərşənbə axşamı gecə baş verib. Taliblər “Taliban” və digər terror qruplaşmalarının təqribən 40 xüsusi təhlükəli iştirakçıları ilə birgə 5 min dustağın saxlandığı həbsxanaya hücum ediblər.
Onlar əvvəlcə təcridxanaya gedən elektrik enerjisini kəsiblər. Daha sonra həbsxana hasarı boyunca 15 partlayış törədərək minaatanlardan və ağır pulemyotlardan mühafizəçilərə atəş açmağa başlayıblar.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı