Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov yalançılıqda ittiham olunur.
ERtv xəbər verir ki, Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə ANS-ə müsahibəsində R.İbrahimbəyovla bağlı maraqlı məqamlara toxunub:
“Mən Rusiyada 1996-cı ildə keçirilmiş prezident seçkilərində beynəlxalq müşahidəçi idim.
Rüstəm İbrahimbəyov da Vasilyevski küçəsindəki Kino Evində. Rüstəm İbrahimbəyov da gəldi ora səs verməyə... Siyasətdən və digər məsələlərdən uzun-uzadı söhbət elədik.
O, deyirdi ki, siyasət çox çirkin işdir, mən heç vaxt siyasətlə məşğul ola bilmərəm, siyasətçilər daim yalan danışırlar və sair. Mən dedim ki, niyə, Azərbaycanda yeganə siasətçiyəm ki, mənim xalqa yalanımı sübut etsələr, siyasətdən gedərəm...
Mən onda bildim ki, o, Rusiya vətəndaşıdır. Onu Milli Şuranın vahid namizədi seçəndə də dedim ki, bu ola bilməz axı, onun ikili vətəndaşlığı var.
O zaman mətbuata açıqlama verdi ki, mənim ikili vətəndaşlığım haqqında məlumatlar yalandır, mənim heç vaxt ikili vətəndaşlığım olmayıb, məndə bir sovet vaxtının qırmızı pasportu olub, bir də Azərbaycanın diplomatik pasportudur – dünyanı indi onunla gəzirb-dolaşıram, ikili vətəndaşlığım yoxdur.
Aradan bir ay keçəndən sonra məlum oldu ki, ikili vətəndaşlıqdan imtina üçün müraciət edib... ”