Xəbərlər

Zahid Oruc: “Milli Şuranın Tbilisi toplantısı heç nəyi dəyişməyəcək”
30 iyul, 2013 13:43

Siyasilər Milli Şuranın bu gün Tbilisidə keçiriləcək yığıncağından ciddi nəticə gözləmirlər.

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Zahid Oruc ERtv-yə açıqlamasında təşkilatçılarının “Tbilisi sammiti” adlandırdıqları tədbir haqqında  bunları bildirib:

“Milli Şura formalaşdırılanda orada təmsil olunanlar bu qurumu çox əsassız olaraq, 1918-ci ildə yaradılmış Azərbaycan Milli Şurası ilə müqayisə etməyə çalışırlar.

İndi də Tbilisidə məcburi toplantı təşkil etməklə, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin məhz həmin şəhərdə elan olunması faktı ilə manipulyasiya etməkdədirlər.

Öz tədbirlərini də sammit kimi təqdim edirlər. Yəqin ki, bundan sonra ən nüfuzlu beynəlxalq tədbirlərin sammit deyil, başqa adla təqdim olunması lazım gələcək...

Milli Şuranın Tbilisi toplantısında nə baş verə bilər və orada hansı ciddi dəyişikliklərin olması mümkündür?

Əslində bunun özü yetərincə ritorik sualdır və cavab özüyündə tam aydındır. Milli Şurada bir araya gəlmiş partiyaların tək və birgə fəaliyyətlərini, məlum davranışlarını və indiki vəziyyətlərini nəzərə alsaq, mənzərə aydın olar.

O baxımdan, Milli Şura təmsilçilərinin Tbilisidə aparacaqları müzakirələr və qəbul edəcəkləri qərarlarla nəyisə dəyişəcəklərinin imkan xaricində olduğunu söyləyə bilərik”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.