Bu gün bir qrup beynəlxalq veloyürüş iştirakçısı Balakən rayonundakı “Mazımçay” gömrük postundan ölkəmizə daxil olub.
ERtv-nin bölgə müxbiri xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Velosiped İdman Federasiyasının dəstək verdiyi beynəlxalq yürüşə iyul ayının 20-də Belçikanın paytaxtı Bürüssel şəhərindən start verilib.
Belçikanın veteran velospedçilərinin təşəbbüsü ilə yürüş iştirakçıları Almaniya, Türkiyə və Gürcüstandan keçərək ölkəmizə çatıblar.
Bu münasibətlə “Mazımçay” gömrük postunda veteran veloyürüşçüləri qarşılanma mərasimi keçirilib. Milli adət-ənənəyə uyğun olaraq veteranlara şərbət paylanılıb. Balakən incəsənət məktəbinin kollektivi qonaqlar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər. Daha sonra veloyürüş iştirakçıları istirahtə yollanıb.
Balakən rayon gənclər və idman idarəsindən bildirilib ki, günün ikinci yarısından etibarən beynəlxalq veloyürüş iştirtakçıları rayonun tarixi-memarlıq abidləri ilə tanış olacaq, müasir Balakəndə həyata keçirilən yenidənqurma işlərinə baxacaq eyni zamanda şəhər ərazisindəki açıq təbiət muzeyinə baş çəkəcəklər.
Xatırladaq ki, sabah beynəlxalq veloyürüş iştirakçıları Şəki-İsmayıllı-Şamaxı marşrutu ilə Bakı yola düşəcəklər. Beynəlxalq yürüş Ulu öndər Heydər Əliyevin adisəsi önündə başa çatacaq.