Azərbaycan atleti Vladimir Zayets dünya çempionu olub.
ERtv-nin verdiyi xəbərə görə, Fransanın Lyon şəhərində paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı davam edir.
Bu barədə məlumatı Azərbaycan Milli Paralimpiya Komitəsi yayıb. Məlumata əsasən, yığmamızın üzvü Vladimir Zayets üç təkanla tullanma yarışlarında 15.3 metr nəticə göstərərək dünya çempionatının rekordunu yeniləyib və qızıl medala sahib olub. Özbəkistanlı Doniyo Saliyev gümüş, belaruslu Siarxey Burdukov isə bürünc medal qazanıblar.
Daha əvvəl də atletlərimiz 3 medal qazanmağa müvəffəq olublar. T12 kateqoriyası üzrə uzunluğa tullanma idmanında Kamil Əliyev (6.99 metr) gümüş, Rza Osmanov (6.88 metr) bürünc, F57/58 kateqoriyası üzrə diskfırlatma yarışlarında isə Samir Nəbiyev (45.77 metr) gümüş medal əldə ediblər.
Beləliklə, Azərbaycan yığmasının hesabında artıq 4- bir qızıl, iki gümüş və bir bürünc medal var.