“Torqovı”da meyit tapılıb
29 iyul, 2013 20:44
Bakıda “Vətən” kinoteatrının yaxınlığında meyit tapılıb.
Bu barədə ERtv-yə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən məlumat verilib.
Bölmədən bildirilib ki, sakinlər tərəfindən Nizami küçəsində (el arasında “Torqovı”) yaxınlığında köhnə “İvanovka” mağazasının yerində tikilən yeni tikilinin yanında meyit tapılıb.
Polis meyitin orada işləyən fəhlələrdən birinə və ya sıravi vətəndaşlara aid olduğunu bilinmədiyini söyləyib.
Məlumata görə hazırda hadisə yerində əməliyyat qrupu istintaq aparır.